ABŞ-da inflyasiya son 13 ilin ən yüksək səviyyəsinə çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

İyun ayının sonunda ABŞ-da istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Əmək Nazirliyinin hesabatında deyilir.

Bu göstərici 2008-ci ilin avqustundan sonra qeydə alınan ən yüksək rəqəm olub. Həmin vaxt da ABŞ-da inflyasiya 5,4 faiz təşkil etmişdi.

İyun ayında aylıq inflyasiya da 0,9 faiz təşkil edib.

Bu ilin mayında ABŞ-da inflyasiya göstəriciləri illik 5 faiz, aylıq 0,6 faiz təşkil etmişdi.