ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki T-38 Talon təlim təyyarəsi
rabitə problemləri səbəbindən sinxron eniş zamanı toqquşub.
Trend “Air Force Magazine”ə istinadən xəbər verir ki, bu
nəticəyə Hərbi Hava Qüvvələrinin Qəzaların Araşdırması Şurası
gəlib.
Nəşr Şuranın 2021-ci ilin noyabrında Texasdakı Laflin Hərbi Hava
Qüvvələri bazasında baş vermiş insidentin araşdırılması ilə bağlı
hesabatına istinad edir. Katapult zamanı toqquşma nəticəsində 23
yaşlı kursant Entoni Vents dünyasını dəyişib.
Şura iki təyyarə arasında eniş zamanı əlaqənin kəsildiyini, ona
görə də enişin sırası ilə bağlı razılığa gələ bilmədiklərini
müəyyən edib. Nəticədə faktiki olaraq bir təyyarə digərinin üzərinə
enib.