ABŞ-da baş verən daşqınlar nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi bildirib.
Bildirilib ki, ABŞ-ın şimal -şərqində “İda” qasırğası nəticəsində güclü yağışlar yağıb, beş ştatda avtomobilləri, metro stansiyalarını və evləri su basdı. Hadisə zamanı ölənləri çoxu öz avtomobillərində olublar.
Məlumata əsasən, Nyu-Cersidə ən azı 25 nəfər, Nyu-Yorkda isə 11 nəfər həlak olub. Merilend, Pensilvaniya və Konnektikutda da daşqınlar ölüm hallarına səbəb olub.
Dartmut Universitetinin tədqiqatçısı Evan Detye bildirib ki, ölkənin şimal-şərqində yeddi çayında suyun səviyyəsi rekord rekord həddinə çatıb.