ABŞ-da Hüseyn Cavidin büstünün açılışı olub.
Trend xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov
öz “Twitter” səhifəsində paylaşım edib.
“Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu və qəhrəman oğlu
Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə onun büstünü
ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdik və H.Cavidin
irsinin həm ölkəmizdə, həm də ABŞ-da öyrənilməsinin vacibliyindən
danışdıq”, – deyə paylaşımda qeyd edilib.