ABŞ-a məxsus V-22 “Osprey” hərbi-nəqliyyat təyyarəsi Kaliforniya səhrasının cənub-şərqində qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, ilkin məlumatlar təyyarənin nüvə materialı daşıya biləcəyi iddiasını gücləndirsə də, ABŞ Müdafiə Nazirliyi bu iddiaları təkzib edib.
Məlumata görə, 5 ekipaj üzvündən 4-ü həlak olub, birindən isə xəbər yoxdur.
Qəzanın ABŞ-Meksika sərhədindən təqribən 32 kilometr şimalda və Arizona sərhədindən 37 kilometr qərbdə yerləşən Qlamis şəhəri yaxınlığındakı İmperial qraflığında baş verdiyi gəldiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.