ABŞ-da “Helen” qasırğası: ölənlərin sayı 200-ə çatdı

ABŞ-da “Helen” qasırğası: ölənlərin sayı 200-ə çatdı

ABŞ-də “Helen” qasırğası nəticəsində ölənlərin sayı 200-ə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə AP agentliyi xəbər verib.

Xilasedicilər hələ də çoxlu insan itkin düşmüş hesab edildiyindən ölənlərin sayının arta biləcəyini istisna etməyiblər.

Təbii fəlakət ilk növbədə altı ştata – Şimali Karolina, Corciya, Cənubi Karolina, Florida, Tennessi və Virciniyaya təsir edib

Oktyabrın 3-ü səhər saatlarına olan məlumata görə, ABŞ-də təxminən 1 milyon insan işıqsız qalıb. Onların əksəriyyəti Cənubi və Şimali Karolina sakinləridir.

Teqlər: