ABŞ-da Fələstinə dəstək aksiyaları zamanı universitet şəhərciklərində saxlanılanların sayı 2,2 min nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Məlumata görə, polis Los-Ancelesdəki Kaliforniya universitetində qurulan çadır düşərgəsini zorla dağıdıb.
Qeyd olunur ki, həbslər polislərin xüsusi qəddarlığı ilə müşahidə olunur:
“Polis rezin güllələrdən istifadə edib, etirazçılar isə özlərini çətir və əldə hazırlanan qalxanlarla qorumağa çalışıblar”.