ABŞ-da federal dövlət işçilərinin məcburi peyvəndlənməsi nəzərdən keçirilir – Bayden

ABŞ hakimiyyəti federal dövlət işçilərinin koronavirus əleyhinə məcburi peyvənd olunması imkanını nəzərdən keçirir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden deyib.

“Bu, hal hazırda nəzərdən keçirilir”, – C.Bayden administrasiyanın bütün federal işçilərinin peyvənd olunmasının tələb edilib-edilməyəcəyi barədə suala cavabında deyib.


ABŞ prezidenti əlavə edib: “Siz peyvənd olunmamısınızsa, mənim düşündüyüm qədər ağıllı deyilsiniz”.