ABŞ-da “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində qüsurlar yaranıb.
AzerTimes-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.
Məlumata əsasən, “Instagram”da istifadəçilərin 78 faizi xəbər lentini görə bilməməkdən, 12 faizi sosial şəbəkənin saytına daxil ola bilməməkdən, 10 faizi isə hesaba daxil ola bilməməkdən şikayət edir.
“Facebook”la bağlı isə istifadəçilərin 42 faizi hesaba daxil ola bilməməkdən şikayət edir. Digər şikayətlərin 37 faizi sosial şəbəkənin ümumiyyətlə işləməməsi, 21 faizi isə xəbər lentinin yenilənməməsi ilə əlaqədardır.