ABŞ-ın Serfsayd şəhərində (Florida ştatı) yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 86-ya çatıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.
Dairə rəhbəri qeyd edib ki, dağıntılar altından daha bir neçə nəfərin cəsədi tapılıb. Onun sözlərinə görə, 86 nəfərin ölümü təsdiqlənib.
D.L.Kava əlavə edib ki, 43 nəfərin taleyi naməlum olaraq qalır.