Xilasedicilər Mayami şəhəri (Florida ştatı) ətrafında Serfsaydda çökən evin dağıntılarından daha dörd cəsədi çıxarıblar. Bununla da ölənlərin sayı 36-dək yüksəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinqi zamanı deyib.
Dairə rəhbəri qeyd edib: “Yağış və digər sərt hava şəraitinə baxmayaraq, [dağıntılar altından] daha dörd ölənin cəsədini çıxardıq. Həlak olanların ümumi təsdiqlənmiş sayı hazırda 36 nəfər təşkil edir”.