ABŞ-da illik inflyasiya ötən ilin dekabr ayında son 40 ilin ən yüksək tempi ilə yüksəlib və 2020-ci ilin anoloji dövrü ilə 7 faiz artıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Əmək Nazirliyindən bildiriblər.
Məlumata əsasən, aylıq ifadədə istehlak qiymətləri 0,5 faiz artıb.
Ekspertlər illik inflyasiyanın 7,1 faiz, aylıq ifadədə isə 0,4 faiz olacağını gözləyirdilər.