ABŞ-da kəskin hava şəraiti – qar, çovğun və şaxta səbəbindən 83 nəfərin öldüyü təsdiqlənib.
AzerTimes xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.
Tennessi ştatında 19, Oreqonda 16 nəfər ölüb. İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersi ştatlarında da ölüm halları var.
Gələn həftənin əvvəlində də şaxtaların davam edəcəyi proqnozlaşdırılır.