ABŞ-ın Virciniya ştatının Byukenen dairəsində baş verən daşqınlar zamanı 44 nəfər itkin düşüb.
AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Təbii fəlakət zamanı ölənlərin olması ilə bağlı hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, iki gündür yağan aramsız yağışlar bölgədə daşqınlara səbəb olub. Ardınca isə başlayan qasırğa yollarda gediş-gəlişə tamamən dayandırıb.
Məlumata görə, ştat qubernatoru fövqəladə vəziyyət halı elan edib.