ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə ştat qubernatoru Endi Beşir məlumat yayıb.
“Ölənlərin sayı 26-ya çatıb. Və bu rəqəm artmaqda davam edəcək. Dağıntılar böyükdür, bir çox ailə evini itirib, yaxın günlərdə daha çox yağış gözlənilir”, – o bildirib.
Qeyd edək ki, ABŞ-ın Kentukki ştatında fövqəladə vəziyyət elan edilib.