Con Hopkins Universiteti ABŞ-da koronavirus pandemiyasından ölənlərin sayı ilə bağlı məlumatları açıqlayıb.
AzerTimes-ın məlumatına görə, qurumun əməkdaşları ölənlərin sayını XX əsrin əvvəllərində İspan qripi epidemiyası qurbanlarının sayı ilə müqayisə edib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri bildirib ki, 1918-1919-cu illərdə İspan qripi epidemiyasının qurbanlarının sayı 675 min nəfər olub. Hazırda koronavirusun səbəb olduğu ağırlaşmalardan ölənlərin sayı 675 885 nəfər təşkil edir.
Universitetdə qeyd ediblər ki, “Delta” ştammın yayılması fonunda koronavirusdan ölənlərin sayı artıb.