ABŞ-ın Nyu-Meksiko ştatında aktyor Alek Bolduinin çəkildiyi “Pas” (“Rust”) filminin çəkilişi zamanı yanlışlıqla odlu silahdan atəş açılıb.
AzerTimes-ın “TMZ” portalına istinadən verdiyi məlumata görə, aktyorlar boş patronlaa atəş açmalı idilər, lakin çəkiliş zamanı güllə və ya qəlpə yaxınlıqdakı iki nəfəri yaralayıb.
Məlumata əsasən, yaralananlar filmin rejissoru və operatorudur. Rejissor yügül yaralansada, operatorun sanitar aviasiya ilə xəstəxanaya çatdırıldığı deyilir.
Həmin vaxtı çəkiliş meydançasında olan aktoyr A.Bolduin xəsarət almayıb.
İnsidentlə bağlı araşdırma aparılır, filmin çəkilişləri dayandırılıb.