İsrailin hərəkətlərini kəskin tənqid edən açıq məktubu imzalayan ABŞ-ın “Los Anceles Tayms” qəzetinin jurnalistləri ən azı üç ay müddətinə Qəzza zolağında münaqişəni işıqlandırmaqdan kənarlaşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Semafor” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın əvvəlində qəzetin 10-a yaxın jurnalisti Qəzzanın bombalanmasını və jurnalistlərin ölümünü pisləyən açıq məktub yazıb. Noyabrın 9-dan etibarən məktub bütün dünyada 1200-ə yaxın media işçisi tərəfindən imzalanıb. Jurnalistlər məktubda digər məsələlərlə yanaşı, həmkarlarını İsrailin hərəkətləri, o cümlədən “aparteid”, “etnik təmizləmə” və “soyqırım” ifadələri barədə məlumat verərkən sərt dildən istifadə etməyə çağırıblar.