ABŞ-da bir gündə bir milyondan çox yoluxma qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-da son sutka ərzində koronavirusa bir milyondan çox yeni yoluxma qeydə alınıb.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Bundan əvvəlki rekord dekabrın 31-də qeydə alınmış, 590 min nəfər koronavirusa yoluxmuşdu.

ABŞ-da bnugünədək 56 milyondan çox yoluxma, 820 mindən çox ölüm qeydə alınıb. Bu göstəricilərə görə ABŞ dünya ölkələri arasında birinci yerdə qərarlaşıb.