ABŞ-da benzinin qiymətləri tarixi maksimumu keçib

ABŞ-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti tarixi
maksimumu keçərək, bir qallon (4,54 litr) üçün 4,17 dolları
ötüb.

Trend xəbər verir ki, bu barədə 60 mindən çox yanacaqdoldurma
məntəqəsində qiymətləri izləyən Amerika Avtomobil Assosiasiyasının
(AAA) məlumatında deyilir.

Məlumata əsasən, bu gün səhər saatlarında ABŞ-da bir qallon
benzinin orta qiyməti 4,173 dollara çatıb. AAA-nın saytında qeyd
edilib ki, bu, tarixdə ən yüksək orta yanacaq qiymətidir.

CNN telekanalı vurğulayır ki, əvvəlki antirekord 2008-ci ilin
iyulunda, ABŞ-ın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 1
qallon üçün 4,11 dollara çatan zaman qeydə alınıb.

Teqlər: