ABŞ-da benzinin qiyməti ucuzlaşmaqda davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
O bildirib ki, benzinin qalonunun (3,7 litr) qiyməti iyunda pik həddinə çatmasından bəri təxminən 1 dollar ucuzlaşaraq 4,2 dollara qədər enib.
Amerikalı rəsminin sözlərinə görə, ucuzlaşmanın davam etməsi gözlənilir.
Qeyd edək ki, iyun ayında ABŞ-da benzinin bir qalonu 5 dollardan baha satılırdı.