ABŞ-da Baydenin işindən narazı olanların sayı artıb

Hazırkı prezident Co Baydenin işindən narazı olan ABŞ vətəndaşlarının sayı 55%-ə yüksəlib.

Trend xəbər verir ki, bu Marist Institute təşkilatının apardığı sorğunun nəticələrində əks olunub.

Respondentlərin 44%-i Baydenin fəaliyyətini “qəti şəkildə bəyənmiyib”. Noyabrın sonunda belə vətəndaşların 50% təşkil edirdi. Amerika dövlət başçısının işindən razı qalanların sayı 1% azalaraq 42-dən 41%-ə düşüb.


Sorğu dekabrın 11-dən 13-dək keçirilib və 18 yaşdan yuxarı 1400 ABŞ vətəndaşı iştirak edib.