Türkiyənin Vaşinqtona yeni təyin olunmuş səfiri Sədat Önal azərbaycanlı həmkarı Xəzər İbrahimlə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə X.İbrahim X hesabında bildirib.
“Türkiyənin yeni təyin olunmuş səfiri Sədat Önal və xanımı Figen Önala iqamətgahımızda qardaşlarımızla (Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Vaşinqtondakı səfirləri) birlikdə xoş gəldin dedik. Tək millət, iki dövlət”, – səfir vurğulayıb.
Qeyd edək ki, Sədat Önal daha öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.