ABŞ-da avtoşouda atışma baş verib, ölən və yaralılar var

ABŞ-ın Dumas şəhərində (Arkanzas ştatı) avtoşouda baş verən
atışma nəticəsində azı bir nəfər ölüb.

Trend TASS-a istinadən xəbər verir ki, Arkanzas polisi azı 10
nəfərin yaralandığını təsdiqləyib.

Ölənlərin sayının artacağı istisna olunmur.

Hadisənin kim tərəfindən və hansı səbəblərlə baş verdiyi
haqqında məlumat verilmir.

Teqlər: