ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb

ABŞ-ın Fort-Velli şəhərində (Corciya ştatı) tələbələrin şənliyində atışma baş verib.

AzerTimes-ın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralananlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.


Digər təfərrüatlar barədə məlumat verilmir.