ABŞ-da ara qarışdı: 25 ştat Texası dəstəklədi – Video

ABŞ-da ara qarışdı: 25 ştat Texası dəstəklədi – Video

ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot Baydenin Meksika sərhədindən tikanlı məftillərin çıxarılması tələblərinə əməl etməyəcəyini və miqrantlara qarşı istehkamlar tikməyə davam edəcəyini bildirib.

AzerTimes xəbər verir ki, bu barədə qubernator yerli mediaya müsahibəsində deyib.

Qubernator ştatın Milli Qvardiyasının sərhədi öz nəzarətində saxlamağa davam edəcəyini, eyni zamanda federal qüvvələrin müdaxiləsinə icazə verməyəcəklərini bildirib. Onun sözlərinə görə, daha 10 ştatın Milli Qvardiya bölmələri Texasa kömək etmək üçün hərəkətə keçib.

Miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ Konstitusiyasında Ağ Evin demokratik təsisatları və əsas prinsipləri pozması halında ştatlara silahlı çevriliş etmə haqqı tanıyır.

Teqlər: