Aprelin 2-si 4 milyon artıq ABŞ vətəndaşı koronavirusa qarşı peyvənd olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində Ağ Evdə pandemiya ilə əlaqədar statistikadan məsul olan Sayrus Şapar yazıb.
Onun sözlərinə görə, bu, pandemiya başlayandan bəri qeydə alınan rekord göstəricidir: “Ötən gün 4,08 milyon doza peyvənd vurulub. Bu, ABŞ-da 4 milyon və ya daha çox peyvəndin vurulduğu ilk gündür”.
S.Şapar qeyd edib ki, ABŞ-da son bir həftə ərzində hər gün orta hesabla 3 milyondan çox peyvənd vurulub, bu da rekord göstərici sayılır.
Qeyd edək ki, hazırkı dövrədək ABŞ-da 161 milyondan artıq peyvənd vurulub.