ABŞ-ın Texas ştatında 13 yaşlı yeniyetmənin idarə etdiyi pikapla
mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb.
Trend TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Nəqliyyat
Təhlükəsizliyi Şurasının (NTSB) sədr müavini Bryus Landberq
bildirib.
Daha əvvəl bildirilirdi ki, pikap qarşıdan gələn avtomobilin
yoluna çıxması nəticəsində baş verən avtoqəzada doqquz nəfər vəfat
edib. Bunlar pikapda olan sürücü və sərnişin, həmçinin digər
avtomobil – mikroavtobusda olan qolf üzrə kişi və qadınlardan
ibarət universitet komandalarının üzvləri və onların məşqçisi
olub.
Onlardan əlavə iki nəfər müxtəlif dərəcələri bədən xəsarətləri
də almışdır.