ABŞ-da 5-11 yaşlı uşaqların peyvənd olunmasına icazə verildi

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri 5-11 yaşlı uşaqları koronavirusa qarşı “Pfizer/BionTech” peyvəndi ilə vaksinasiyasını tövsiyə edib.

AzerTimes-ın “Axios” portalına istinadən verdiyi məlumata görə, 5-11 yaşlı uşaqların sözügedən peyvəndin iki dozası ilə vaksinasiya olunmasının tövsiyə edilməsi Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin xüsusi komissiyasının üzvləri tərəfindən yekdilliklə qəbul edilib.


Qeyd edilir ki, bu yaş qrupundakı uşaqlar üçün peyvəndin dozası böyüklər üçün olan dozanın təxminən üçdə birini təşkil edəcək və üç həftə ara ilə vurulacaq.