ABŞ-da 40 min insan küçələrə axışdı

ABŞ-da 40 min insan küçələrə axışdı

ABŞ-ın paytaxtı Vaşinqtonda və ölkənin digər şəhərlərində “Həyatımız üçün Yürüş” adlı aksiyalarda on minlərlə nümayişçi iştirak edib.

AzerTimes xəbər verir ki, aksiya iştirakçıları Vaşinqton Abidəsi yaxınlığında toplaşaraq, ölkədəki silah zorakılığı epidemiyasına qarşı tədbir görülməsini tələb ediblər. “Həyatımız üçün Yürüş” hərəkatının rəhbərliyi feysbuk səhifəsində yürüşdə 40 minədək vətəndaşın iştirak etdiyini bildirib.

“Həyatımız üçün Yürüş” hərəkatı 2018-ci il fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində baş vermiş kütləvi qətliamdan sonra başlayıb.

Teqlər: