ABŞ-da 280-dən çox miqrant uşaq ailəsinə qovuşacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Daxili Təhlükəsizlik Nazirliyinə istinadən “Axios” internet-portalı xəbər verir.
Portalın məlumatına əsasən, sentyabr ayında ABŞ Prezidenti Cozef Baydenin Ailələrin Birləşməsi üzrə İşçi Qrupu ayrı düşən ailələr üçün ingilis və ispan dillərində vebsaytlar açıb. Bu günə qədər saytda 284 miqrant uşaq müəyyən edilib və onlar tezliklə ailələrinə qovuşacaqlar.
Qeyd edək ki, C.Bayden sərhədi qanunsuz keçmə ilə bağlı cinayət işlərinə baxılarkən miqrantların uşaqlardan ayrılması siyasətini dayandırıb. O, həmçinin ailələrin birləşməsi məsələləri ilə məşğul olan qrup yaradıb. Ağ Evin rəhbəri respublikaçı Donald Trampın miqrasiya axınlarına qoyduğu maneələri nəzərdən keçirməyə başlayıb.