ABŞ-da hava şəraitin kəskin dəyişməsi səbəbindən 2,8 min uçuş təxirə salınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “FlightAware” portalı xəbər verib.
Məlumata əsasən, ümumilikdə ölkənin hava limanlarında 2 788 uçuş ləğv edilib.
Gün ərzində təxirə salınan uçuşların sayının artması istisna edilməyib.
Qeyd edək ki, ABŞ-ın Milli Meteoroloji Ximdəti Orta Qərbdən ölkənin şərq sahillərinə qədər geniş bir ərazidə qar fırtınaları və buzlanma ilə bağlı xəbərdarlıq edib.