ABŞ-da 11 yaşlı qız şəxsi bizneslə 11 milyon dollar qazanıb.
AzerTimes xəbər verir ki, məlumatı “Mirror” yayıb.
Mikayla Ulmer nənəsindən miras qalan yemək kitabındakı reseptlərdən içkilər hazırlayıb. Qız hazırladığı içkilərə bal əlavə etmək qərarına gəlib və bu da onu məşhur edib.
2016-cı ildə 11 yaşı olarkən limonad satan qız böyük bir şirkətlə müqavilə bağlayıb. Bu müqavilə sayəsində Mikayla 11 milyon dollar qazanıb.
Qız qazancının onda birini arıların xilası fondlarına bağışlayıb.