ABŞ-da insanlara yeni növ koronavirus infeksiyasına qarşı 100 milyondan çox inyeksiya vurulub.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin saytında bildirilib.
Məlumata əsasən, ümumilikdə 101 milyon 128 min iynə vurulub. Bundan əlavə, ABŞ-a 133 337 525 doza COVID-19- qarşı peyvənd gətirilib.
Ölkədə 35 000 159 insanın artıq peyvəndləmə kursunun tamamlandığı qeyd olunur.