ABŞ-da 100 milyard dollarlıq data mərkəz yaradılır

ABŞ-da 100 milyard dollarlıq data mərkəz yaradılır

ABŞ-ın “Maykrosoft” və “OpenAİ” şirkətləri süni intellektə malik superkompüter üçün platformaya çevriləcək unikal data mərkəzinin yaradılması imkanını müzakirə edirlər.

AzerTimes xəbər verir ki, bu barədə “İnformation” məlumat yayıb.

Məlumata görə, kod adı “Stargate” olan layihənin büdcəsi 100 milyard dollar dəyərində qiymətləndirir. Maliyyələşdirmə “Maykrosoft” tərəfindən təmin ediləcək və “OpenAİ” isə süni intellekt yaratmaq və dəstəkləməyi üzərinə götürüb.

“Stargate”in 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

Nəşr bildirib ki, “Stargate” “Maykrosoft”un “OpenAİ” ilə birlikdə yaratmağı planlaşdırdığı bir neçə irimiqyaslı data mərkəzlərindən biri olacaq.

Teqlər: