ABŞ-da 1 milyondan çox insan koronavirusun yaratdığı xəstəliyin
nəticələrindən dünyasını dəyişib.
AzerTimes-ın
məlumatına görə, bu barədə beynəlxalq təşkilatların, federal və
yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar
aparan ABŞ-ın Cons Hopkins Universitetindən bildiriblər.
Məlumata əsasən, ölkədə COVID-19-dan ölənlərin sayı 1 000 004
nəfər olub.
ABŞ prezidenti Co Bayden ötən həftə ölkədə koronavirusun
nəticələrindən ölənlərin sayının 1 milyon nəfəri keçdiyini
bildirib.