ABŞ COP29-dan təsirli nəticələr gözləyir – Baydenin müşaviri

ABŞ COP29-dan təsirli nəticələr gözləyir – Baydenin müşaviri

Son dörd ildə ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olunub.

AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin İqlim məsələləri üzrə müşaviri Con Podesta COP29-da çıxış edərkən deyib.

O, qarşıdakı dövrdə karbon qazı emissiyalarının tənzimlənməsi yolunda fəaliyyətin davamlı olacağına ümid etdiyini vurğulayıb:

“Ötən həftə ABŞ-da prezident seçkiləri keçirilib. Lakin buna baxmayaraq, ABŞ-dan olan nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə naminə fəaliyyət göstərmək üçün indi buradadır. Bizim burada danışacağımız məsələlər var. ABŞ olaraq, bu tədbirdən növbəti həftələrdə təsirli nəticələr gözləyirik.

Son dörd il ərzində ABŞ iqtisadiyyatında karbon qazı emissiyalarının azaldılması istiqamətində bir sıra irəliləyişlərə nail olunub. Mən ümid edirəm ki, biz karbon qazı emissiyalarının tənzimlənməsi yolunda fəaliyyətimizi davam etdirəcək və əhalinin daha sağlam şəraitdə yaşamasını təmin edəcəyik.

2023-cü ildə ABŞ-də istehsal olunan 36 qeqavatt gücündə ekoloji cəhətdən təmiz elektrik enerjisi, yəni yaşıl enerji 20 milyondan çox evin elektrik enerjisi ilə təmin olunmasına kifayət edib”.

Teqlər: