ABŞ Çinlə münaqişə və ya soyuq müharibə istəmir, əksinə açıq ünsiyyət kanalları ilə əlaqələrini davam etdirmək istəyir.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
Hind-Sakit okean bölgəsində ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə əməkdaşlığını şərh edən Ağ Ev nümayəndəsi bildirib ki, razılaşma heç-bir ölkəni hədəfə almır.
C.Psaki qeyd edib ki, razılaşma ABŞ-ın strateji maraqlarının və regionda sabitliyin qorunmasına yönəlib: “Çinə gəlincə, biz onlarla sərt rəqabətə hazırıq, amma münaqişə axtarmırıq”.