Vaşinqton Çinin daxili işlərinə qarışmamalı və uğursuzluqlarına ümid etməməlidir.
AzerTimes xəbər verir ki, bunu Çin sədri Si Szinpin ABŞ-da Çinə dost təşkilatların təşkil etdiyi şam yeməyində deyib.
“Çin heç vaxt ABŞ-ın uduzacağına yatırım etməyib, heç vaxt onun daxili işlərinə qarışmayıb, ABŞ-a meydan oxumaq və ya onu əvəz etmək niyyətində deyil. Eynilə, ABŞ da Çinə qarşı bu şəkildə davranmalıdır”, – o bildirib.