Vaşinqton Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaların iki ölkənin hərbçiləri arasında dialoqa maneə olmadığına inanır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun Şanfuya qarşı sanksiyaları götürməyə hazır olub-olmadığı sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, bu məhdudiyyətlər iki ölkənin nazirləri arasında təmaslara mane olmur.