Pekin Afrikanın qərb sahilində dəniz bazası qurmaq üçün ərazi axtarmağa davam edir.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, ABŞ iki ildən çoxdur ki, Atlantikanın şərqində Çin hərbi obyektlərinin tikintisinin qarşısını almaq üçün səy göstərir.
İndiyə qədər ABŞ bu qarşıdurmada qalib gəlib, çünki okeana baxan heç bir Afrika ölkəsi Çin ilə baza yerləşdirmək barədə saziş imzalamayıb.