ABŞ Konqresinin Nümayəndələr Palatası yekdilliklə Çinin inkişaf etməkdə olan ölkə statusunun beynəlxalq təşkilatlardan çıxarılmasına yönələn qanun layihəsini dəstəkləyib.
AzerTimes xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.
Məlumata görə, “Çin inkişaf etməkdə olan ölkə deyil” qanununa 415 nəfər səs verib:
“Sənəd ABŞ Dövlət Departamentinin rəhbərinə yönəlib ki, Çinin statusunun beynəlxalq təşkilatlarda orta-yuxarı gəlirli ölkə statusuna dəyişdirilməsinə nail olsun.
Qanun layihəsinə görə, dövlət katibi Çinin inkişaf etməkdə olan ölkə statusuna görə yardım və ya güzəştlər almamasını da təmin etməlidir”.