ABŞ Ticarət Nazirliyi Çinin yeddi təşkilatını qara siyahıya daxil edib.
AzerTimes xəbər verir ki, bu barədə qurumun Sənaye və təhlükəsizlik bürosunun məlumatında deyilir.
Qeyd olunur ki, həmin müəssisələrin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. Məlumatda bildirilir ki, bu təşkilatlar Çinin hərbi modernləşdirilməsinin həyata keçirilməsi məqsədilə ABŞ istehsalı olan məhsulları əldə ediblər.
Qara siyahıya bir şirkət və altı tədqiqat institutu, o cümlədən, aviakosmik sahədə ixtisaslamış institut daxil edilib.