ABŞ Çinin 3 şirkətinə sanksiya tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Miller ABŞ-ın ballistik raket istehsalı üçün material və ya texnologiyanı Pakistana ötürdüklərinə əsaslanaraq sanksiya qərarı verildiyini bildirib.
Qeyd edək ki, oktyabrın 17-də ABŞ Çinin 13 şirkətinə ixrac məhdudiyyətləri tətbiq edib.