ABŞ Çindən olan hakerlərə qarşı müdafiə olunmaq üçün bütün vasitələrdən istifadə edir

Vaşington, ÇXR-dan olan hakerlərdən qorunmaq üçün əlindəki bütün vasitələrdən istifadə etmək niyyətindədir.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ticarət katibi Cina Raymondo Ağ Evdə keçirdiyi mətbuat brifinqində deyib.

Məlumatda deyilir: “ABŞ prezidenti Co Bayden bunun nəticələrinin olacağını çox aydın şəkildə söyləyib. Amerikalıları və amerikan biznesini qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”.


C.Raymondo hakerlərlə bağlı çindən olan həmkarları ilə müzakirələr aparmadığını qeyd edib.