Yaponiya, ABŞ və Cənubi Koreya sentyabrın 30-da Amerikanın “Ronald Reyqan” təyyarədaşıyan gəmisinin iştirakı ilə Yapon dənizində birgə təlimlər keçirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Yaponiya Hərbi Dəniz Qüvvələrinin Qərargahı məlumat yayıb.
Məlumata görə, üçtərəfli təlimlər qarşılıqlı fəaliyyəti gücləndirmək və “Azad və açıq Hind-Sakit okean regionu” konsepsiyasını həyata keçirmək məqsədi daşıyır.
Təlimlərdə Amerika təyyarədaşıyan gəmisindən başqa Yaponiyanın “Asahi” esminesi, eləcə də ABŞ-ın raket kreyseri və iki esminesi, o cümlədən sualtı qayığı iştirak edəcək.