ABŞ Çin tərəfindən Rusiyaya hərbi yardım göstərildiyini müşahidə etmir – Ağ Ev

ABŞ rəsmiləri Çinin Ukraynadakı vəziyyət ilə bağlı Rusiyaya hər
hansı hərbi yardımına dəlalət edən məqam muşahidə etmir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evdə
keçirdiyi brifinqdə ABŞ liderinin milli təhlükəsizlik məsələləri
üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ bu məsələni daim diqqətində
saxlayır.

“Pekin Rusiyaya hərbi yardım göstərildiyi halda Vaşinqtonun
hansı addımı atacağını çox yaxşı başa düşür”, – C.Sallivan
vurğulayırb.

Teqlər: