Çin nüvə arsenalını çox sürətlə 3-4 dəfə artırmaq prosesindədir.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul deyib.
Koulun sözlərinə görə, ABŞ Çinlə münaqişəyə girmək istəmir:
“ABŞ administrasiyası əvvəllər Çinin strateji sabitlik məsələlərini müzakirə etmək niyyəti ilə bağlı bəyanatlarını eşidib. Lakin Pekin bu işə indi hazır deyil”.
O həmçinin bildirib ki, Tayvan ətrafındakı müşahidə olunan yaxşı məqamlardan biri Çindən gələ biləcək nüvə təhlükəsinin olmaması idi