ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsi üçün təmasları davam etdirəcək – Blinken

ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmaslara
davam edəcək.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken “Twitter”də bildirib.

“Mən dünən Ermənistan Baş naziri Nikol Paşinyanla Ermənistanın
Azərbaycan və Türkiyə ilə müzakirələrində müsbət impulsun əldə
etməsini ABŞ-ın necə dəstəkləməsi barədə danışdım. ABŞ Cənubi
Qafqazda sülhün əldə edilməsinə kömək üçün təmasa davam edəcək”, –
Dövlət katibi qeyd edib

Teqlər: