ABŞ bütün ölkələri Şimali Koreyanın raket buraxılışını pisləməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“KXDR-in yeni raket buraxılışı vəziyyəti sabitliyi poza və regionda gərginliyi artıra bilər”, – Ağ Ev bildirib.
Qeyd edək ki, Pxenyan son iki gündə Yaponiya istiqamətində iki ballistik raket atıb.